Partlayış baş verən evin sakinlərinə kirayə pulu ödənilir - RƏSMİ / Xırdalan

 17:10 25.05.2021     372

Xırdalanda partlayış baş vermiş ikimərtəbəli yaşayış evinin sakinlərinə kirayə pulu ayrılıb.

Redaktor.az xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

İ. Məmmədov deyib ki, təmir-tikinti işləri ilə bağlı isə tender elan olunub: “Tenderdə qalib müəyyənləşəndən sonra təmir-tikinti işləri də başlanacaq”.

Qeyd edək ki, 25 yanvar 2021-ci il tarixdə Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli yaşayış evində partlayış olub, uçqun baş verib. Nəticədə dağıntılar altında qalmış 6 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, iki nəfər həyatını itirib. //APA