Azərbaycan millisi Türkiyədə - FOTO

 16:11 25.05.2021     275

Futbol üzrə Azərbaycan millisinin üzvləri Türkiyənin Antalyaya gedib.

Redaktor.az xəbər verir ki, buna səbəb mayın 27-də Azərbaycan və Türkiyə yığmaları arasında keçiriləcək yoxlama görüşüdür.

Görüş Bakı vaxtı ilə saat 21:00-da Alanya stadionunda baş tutacaq.

Bu günə qədər onların arasında keçirilən yeddi oyundan beşində Türkiyə millisi, birində isə Azərbaycan qalib gəlib. İki komanda arasında heç-heçə ilə bitən yeganə görüş 12 aprel 2006-cı ildə Bakıda keçirilib.

Türkiyə və Azərbaycan son dəfə 11 oktyabr 2011-ci ildə görüş keçiriblər. AVRO-2012-nin seçmə mərhələsində “Türk Telekom Arena”da baş tutan qarşılaşmada ay-ulduzlular Burak Yılmazın qolu ilə 1-0 qələbə qazanıb.

Qeyd edək ki, bu, Türkiyə millisinin AVRO-2020 öncəsi ilk hazırlıq qarşılaşmasıdır. //Oxu.az

22
Vumart və Güvən reklamı Vumart Güvən