Avtobusla rayonlara getmək istəyənlərin NƏZƏRİNƏ

 16:22 25.05.2021     329

“Şənbə-bazar günləri şəhərlərarası ictimai nəqliyyatla bağlı məsələyə gəlincə, Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən əvvəlcə verilmiş qərara dəyişiklik edilməyib”.

Redaktor.az bildirir ki, bunu Oxu.Az-a açıqlamasında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) mətbuat katibi Nuridə Allahyarova bildirib. 

Onun sözlərinə görə, ölkə daxilində ictimai nəqliyyatın hərəkəti necə tənzimlənirsə, şəhərlərarası da o cür tənzimlənəcək və məhdudiyyət davam edəcək:

“Mayın 31-nə qədər yeni qərar olarsa, sərnişinləri məlumatlandıracağıq”.