Ermənilər bu ərazidən ÇIXARILDI - Düşmən belə qaçdı... / VDEO

 10:51 26.05.2021     400

Ermənistan kütləvi informasiya vasitələrində məqsədyönlü və təxribat məqsədilə yayılan video bir neçə gün əvvəl Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngəzur istiqamətində Laçın rayonu sahəsində qeydə alınıb.

Redaktor.az  xəbər verir ki, sosial şəbəkələrdə erməni tərəfinin yaydığı video ilə bağlı etibarlı hərbi mənbələrdən "Qafqazinfo.az"-a bildirilib ki, sözügedən hadisədən dərhal sonra Ordumuzun bölmələrinin gördüyü adekvat və qəti tədbirlər nəticəsində düşmən həmin ərazidən çıxarılıb:

"Eyni zamanda hərbi qulluqçularımız daha əlverişli ərazilərdəki bir neçə mövqedə də möhkəmlənərək ərazini nəzarətə götürüb".

Qeyd edək ki, ermənilər tərəfindən məqsədyönlü və təxribat məqsədilə yayılan görüntülərdə əsgərimizlə qarşıdurma yer alıb.