Məscidlərdə namaz hansı qaydalarla qılınacaq?

 11:35 26.05.2021     112

"Məscidlərdə namaz karantin qaydalarının şərtlərtinə uyğun olaraq qılınacaq".

Redaktor.az bildirir ki, bunu Trend-ə açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndəsi Hacı Şahin Həsənli deyib.

H.Şahin bildirib ki, ibadət yerlərinin açılması barədə Operativ Qərargahın qərarı dindar insanlar tərəfindən böyük rəğbətlə qarşılanır:

“Təbii ki, bu ibadətlər müəyyən qaydalar çərçivəsində icra olunacaq. İbadət edən insanların sayı ilə bağlı heç bir məhdudiyyət tətbiq edilmir, amma məscidlərdə ara məsafəsi təbii ki, gözləniləcək, tibbi maskalardan istifadə olunacaq.

Yəni, karantin qaydalarına riayət olunacaq və bu məsələyə də məscidlərin icmaları nəzarət edəcək. Hesab edirəm ki, bütün məscidlərin icmaları həmin məsələləri tənzimləmək iqtidarındadır”.

Qeyd edək ki, iyunun 10-dan Azərbaycanda ibadət yerlərinin fəaliyyətinə icazə veriləcək.