"Təzə bazar" dəyişib belə olacaq - FOTO

 12:34 26.05.2021     109

Nəsimi rayonu ərazisində olan "Təzə bazar"ın yenidənqurma layihəsinin görüntüləri yayılıb. 

Redaktor.az xəbər verir ki, bazarın yerində yenidən "Təzə bazar" brendi adı altında yeni bazar tikilir.

Ötən ilin noyabr ayından köçürülən bazarda yenidənqurma işlərinə səbəb köhnəlməsi olub.

Eyni zamanda, "Təzə bazar" Qida Təhlükəsizliyi Agentliyinin tələblərinə cavab vermirdi. Həmçinin kanalizasiya və digər kommunikasiya xətləri köhnəlmişdi. 

Yenidənqurmadan sonra bazar tamam müasir görkəm alacaq. 20000 m2 ərazini əhatə edəcək bazarın layihəsinin görüntülərini təqdim edirik: //Baku.ws

22222