Mayın 28-də ictimai nəqliyyat işləyəcək?

 15:15 26.05.2021     265

28 May - Respublika Günü ölkə ərazisində ictimai nəqliyyat işləyəcək.

Nazirlər Kabinetindən Redaktor.az-a verilən məlumata görə, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” qərarına əsasən, mayın 28-də Azərbaycan Respublikasının ərazisində ictimai nəqliyyatın hərəkətinin dayandırılması nəzərdə tutulmayıb.

Qərara əsasən, ictimai nəqliyyatın hərəkət 29 may saat 00:00-dan 31 may saat 06:00-dək dayandırılacaq.