Bu il 1641 həkim sertifikasiya imtahanına cəlb olunub

 17:43 26.05.2021     335

2021-ci ildə 1 641 həkim sertifikasiya imtahanına cəlb olunub.

Redaktor.az-ın məlumatına görə, bu barədə "Həkimlərin sertifikasiyası" mövzusunda canlı yayımda Səhiyyə Nazirliyi Sertifikasiya Mərkəzinin rəhbəri Murad Mirzəzadə deyib.

O bildirib ki, həmin şəxslərdən 32-si uğursuz nəticə göstərib.

M.Mirzəzadə əlavə edib ki, 2020-ci ildə imtahanda iştirak edən 90-92 faiz həkim uğurlu nəticə əldə edib. Həmin həkimlərdən 1 458 nəfəri 1-ci cəhddə imtahandan uğurla keçib. //Trend.az