Vətən müharibəsi iştirakçısına vəzifə həvalə olunub

 22:55 26.05.2021     331

Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri səlahiyyətlərinin icrası RTŞ-nin aparıcı məsləhətçisi Ağayev Ağaxan Çapar oğluna həvalə edilib.

Redaktor.az xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. 

Qeyd edək ki, Ağaxan Ağayev Vətən müharibəsi iştirakçısıdır. Ehtiyatda olan baş leytenant Vətən müharibəsində göstərdiyi xidmətlərə görə Prezident İlham Əliyev tərəfindən "Cəsur döyüşçü", "Füzulinin azad olunmasına görə" və "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib.

Xatırladaq ki, bundan əvvəl Cəlilabad Rayon Təhsil Şöbəsinin müdiri Qərənfil Əhmədova olub.

//Qafqazinfo