Zöhrə Abdullayeva dəfn edilib - VİDEO

 16:50 28.05.2021     697

Əməkdar artist Zöhrə Abdullayeva dəfn edilib.

Redaktor.az-ın məlumatına görə, müğənni Xırdalan şəhər qəbiristanlığında anasının yanında torpağa tapşırılıb.

Dəfn mərasimində müğənninin yaxınları və sənət yoldaşları iştirak edib.

Qeyd edək ki, bu gün səhər saatlarında vəfat edən əməkdar artist uzun müddətdir ağır xəstəlikdən əziyyət çəkirdi. Müğənni ölümünə qədər xəstəxanada müalicə olunurdu. //APA

Vumart və Güvən reklamı Vumart Güvən