Şuşada Respublika Günü qeyd olunub - FOTO / VİDEO

 18:15 28.05.2021     109

28 May – Respublika Günü münasibətilə Şuşa şəhərində Azərbaycan Ordusunun hərbi qulluqçularının iştirakı ilə təntənəli tədbir keçirilib.

Redaktor.az bildirir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Ümummilli lider Heydər Əliyevin, Birinci Qarabağ və Vətən müharibəsində şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Mərasim şəxsi heyətin şəhərdə təntənəli keçidi ilə başa çatıb.

2222