AXC-nin elan edildiyi bina ziyarət olunub

Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) müstəqilliyinin elan edildiyi indiki Milli Gənclər Sarayını ziyarət edib.
Redaktor.az xəbər verir ki, səfir AXC-nin müstəqillik bəyannaməsinin oxunduğu zalın girişində yerləşən xatirə lövhəsinin önünə gül çələngi qoyub.
Ziyarətdə Azərbaycan səfirliyinin əməkdaşları da iştirak edib. Səfir və əməkdaşları zalda da olub, xatiə şəkli çəkdirilib. //Report