Cəlilabadda şəhidin adına xatirə bulağının və parkın açılışı olub

 21:59 28.05.2021     119

Cəlilabad rayonunun Musalı kəndinin sakinləri Vətən müharibəsi şəhidi Elşən Niftullayevin adına bulaq tikib, kiçik park yaratmaqla vətəndaş təşəbbüsü göstəriblər.

Redaktor.az xəbər verir ki, park və bulağın açılışı şəhidin ad günündə keçirilib.

Qeyd edək ki, Elşən Əfqan oğlu Niftullayev 1999-cu il Cəlilabadın Musalı kəndində dünyaya göz açıb. Həqiqi xidmət illərində düşmənlə üzbəüz mövqerdə xidmət edən Elşən Niftullayev sonrakı xidmətini hərbi kurs bitirməklə gizir olaraq davam etdirib. O, 44 günlük müharibənin ilk anlarından Tərtər-Ağdərə istiqamətində döyüşlərdə iştirak edib. Cəsarəti və əzmi, ağır əməliyyatlarda irəli atılması ilə şəxsi nümunə göstərib.

Elşən Niftullayev döyüşlərin ən gərgin anlarında, oktyabrın 6-da yaralı olmasına baxmayaraq, inadla adsız yüksəkliyə qalxıb, üç rəngli bayrağımızı zirvəyə sancarkən şəhid olub.

Elşən Niftullayev Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin fərmanı ilə "Vətən Ugrunda" medalı ilə (ölümündən sonra) təltif edilib.

Qeyd edək ki, şəhidin atası Əfqan Niftullayev də birinci Qarabağ müharibəsi iştirakçısıdır. //Report

222