28 may - Respublika Günü Kanadada qeyd olunub - FOTO

 15:57 29.05.2021     172

Kanadada Azərbaycan dilinin tədrisi ilə məşğul olan “Toronto Azərbaycan Dili Sinfi”nin şagirdləri 28 May - Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildünümü münasibətilə xalqımıza öz təbriklərini çatdırıblar.

Redaktor.az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, şagirdlər Azərbaycan şairələri Solmaz Şirinin “Azərbaycanım”, Sədaqət Əhmədovanın “Azərbaycan”, müasir Azərbaycan şeirinin görkəmli nümayəndələri Əhməd Cəmilin “Vətən” və Hikmət Ziyanın “Anamız Azərbaycan” şeirlərindən parçalar səsləndirib, Məhəmməd Əmin Rəsulzadənin 28 May 1953-cü il "Amerikanın Səsi" radiosundan Azərbaycan xalqına xitabından götürülmüş “Sən bizimsən, bizimsən, durduqca bədəndə can, yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!” misralarını söyləyiblər.

Toronto şəhərində fəaliyyət göstərən “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşəbbüsü əsasında isə Azərbaycan Demokratik Respublikasının yaranmasının 103-cü ildünümünə həsr olunmuş ingilis dilində videomaterial hazırlanıb.