Koronavirus xəstələri ictimai yerlərdə saxlanılıb

 23:55 29.05.2021     518

Polis əməkdaşları ötən gün paytaxtın Binəqədi və Nəsimi rayonları ərazisində iki nəfər aktiv koronavirus xəstəsini ictimai yerlərdə aşkarlayaraq saxlayıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Redaktor.az-a verilən məlumata görə, həmin şəxslərlə izahedici söhbətlər aparıb. Onlardan biri tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarılıb və bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Digər şəxsin isə Abşeron rayonu ərazisindəki modul tipli xəstəxanada müalicə almasına baxmayaraq, bu səhiyyə müəssisəsini özbaşına tərk etməsi müəyyən edilib. O, xəstəxanaya təhvil verilib.

Vumart və Güvən reklamı Vumart Güvən