AzTV-nin yayımı dayandırılır - SƏBƏB

Azərbaycan Televiziyasının (AzTV) yayımı gecədən etibarən müvəqqəti olaraq dayandırılacaq.
Redaktor.az bildirir ki, bu barədə İdman TV-nin "Facebook" hesabında məlumat yer alıb. Məlumatda bunlar yer alıb:
"Hörmətli tamaşaçılar!
HD yayıma keçidlə əlaqədar AzTV, MədəniyyətTV və İdmanTV kanallarının yayımı "AzTV Xəbər"in saat 00:00 buraxılışından sonra müvəqqəti olaraq dayandırılacaq.
Kanalların fəaliyyəti sabah saat 16:00-da bərpa ediləcək".