Sabahdan bu qadağalar ləğv olunur - Operativ Qərargah

 16:54 30.05.2021     864

Ötən həftə Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində ölkədə karantin rejiminin yumşaldılması ilə bağlı növbəti qərarlar elan edilib.

Redaktor.az xəbər verir ki, yumşaldılmaların bəziləri 2021-ci ilin mayın 31-dən və bəziləri isə iyunun 10-dan etibarən qüvvəyə minəcək.

Mayın 31-dən etibarən:

- Açıq havada maskadan istifadə tələbi ləğv edilir;

- Metro açılır;

- Rayonlara və şəhərlərə avtobusların fəaliyyəti bərpa edilir.