“Bravo”dan Whatsapp-da yayılan mesajla bağlı əhaliyə XƏBƏRDARLIQ

 10:02 31.05.2021     1081

“Bravo” supermarketlər şəbəkəsi "Whatsapp" tətbiqində yayılan mesajla bağlı əhaliyə müraciət edib. 

Redaktor.az xəbər verir ki, “Bravo”nun yaydığı müraciətdə deyilir:  

"Diqqət! Hal-hazırda naməlum şəxslər tərəfindən "Whatsapp" tətbiqi ilə “Bravo” adından müəyyən mətnlər paylaşılır. “Bravo” marketlər adından bildirmək istəyirik ki, bu paylaşımın bizim marketlər şəbəkəsi ilə heç bir aidiyyəti yoxdur. Bu mətndə qeyd edilən keçidə daxil olmamağı qətiyyətlə tövsiyə edirik!". //Baku.ws