Bakı metrosunda təzə qatarların sayı artırılır - RƏSMİ

 12:25 31.05.2021     243

Hazırda “Bakı Metropoliteni” QSC-nin bu il üçün planlaşdırdığı 4 qatar tərkibi, yaxud 20 vaqon Rusiyada istehsal prosesindədir. 

Redaktor.az xəbər verir ki, bu barədə jurnalistlərə qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib. 

B.Məmmədov bildirib ki, bununla da təzə qatarların sayı 19-a çatacaq:

“Planlaşdırıldığı kimi qatarlar ilin ikinci yarısında Bakıya gətiriləcək və müvafiq tənzimləmə-sazlama və sınaq işlərindən sonra mütləq şəkildə xəttə buraxılacaq. Hazırda 15 qatar, yəni 75 yeni vaqonumuz mövcuddur. Onlardan üçü “İçəriŞəhər” - “Həzi Aslanov”, 12-si isə “Dərnəgül” - “Həzi Aslanov” istiqaməti üzrə hərəkət edir. 

Bütün qatarlar işləməyə hazır vəziyyətdədir. Bildiyiniz kimi, bu il yerli şəraitdə belə qatarlardan birində əsaslı qaldırma təmiri həyata keçirmişik. Həmin işlər də mart ayına kimi başa çatdırılıb”. //Oxu.az