İtkin düşən daha bir hərbçinin nəşi tapılıb - FOTO

Vətən müharibəsində itkin düşmüş daha bir hərbçinin şəhid olduğu məlum olub.
Redaktor.az-ın məlumatına görə, Neftçala rayonundan olan əsgər İmanov Məmmədağa İqab oğlunun nəşi tapılıb.
Onun sabah Neftçala şəhər Şəhidlər xiyabanında dəfn olunacağı gözlənilir.
Qeyd edək ki, şəhidimiz 2001-ci il aprelin 4-də Neftçala rayonunun Dalğa kəndində anadan olub. //Report.az
