Milli parklarda “açıq qapı” günü keçiriləcək

 19:46 31.05.2021     167

Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar iyunun 1-də Azərbaycanın milli parklarında “açıq qapı” günü elan edilir və uşaqlar ailə üzvləri ilə birgə milli parklara giriş haqqından azad olunur.

ETSN-dən Redaktor.az-a verilən məlumata görə, Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Səmədova bildirib ki, Azərbaycanın müxtəlif bölgələrində yerləşən milli parklarda ziyarətçilər füsunkar təbiət əraziləri ilə tanış ola və səmərəli gün keçirə bilərlər.

“Eyni zamanda, azyaşlı ziyarətçilər üçün milli parklarda maarifləndirici, əyləncəli tədbirlərin təşkili də nəzərdə tutulub”.

A. Səmədova Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar hər kəsi təbiət qoynunda istirahət etməyə və təbiət gözəlliklərindən zövq almağa dəvət edib.

Qeyd edək ki, ölkəmizdə 10 milli park var və parklarda müxtəlif təbii ekosistemləri əhatə edən 114 ekoturizm marşrutu fəaliyyət göstərir.