Daha bir şəhidimizin övladı dünyaya gəlib - FOTO

 12:27 01.06.2021     696

Vətən müharibəsinin qəhrəman şəhidlərindən biri Rüstəmli İbrahim Mirzağa oğlunun oğul övladı doğulub.

Redaktor.az xəbər verir ki, körpəyə atasının adı verilib.

Məlumat üçün bildirək ki, Rüstəmli İbrahim Mirzağa 18 iyul 1993-cü ildə Zərdab rayonunun Şahhüseynli kəndində doğulub. 2020-ci ilin sentyabr ayında könüllü olaraq cəbhəyə yollanıb.

Noyabrın 4-də Xocavənd uğrunda gedən döyüşlərdə yaralı əsgər yoldaşına kömək edərkən qəhrəmancasına şəhid olub.

O, doğulduğu kənddə torpağa tapşırılıb. //Oxu.az

2