Güclü külək əsəcək, dolu düşəcək - XƏBƏRDARLIQ

 12:47 01.06.2021     520

Bakıda və Abşeron yarımadasında iyunun 2-si axşamdan 4-ü səhərədək şimal-qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında bildirilir.

Azərbaycanın bəzi rayonlarında iyunun 2-si axşamdan 4-ü səhərədək qərb küləyinin əsəcəyi, 15-18 m/s, arabir 23-28 m/s-dək güclənəcəyi, əsasən şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var.