TƏBİB-dən yumşaldılma qərarları ilə bağlı AÇIQLAMA

 14:17 01.06.2021     263

Pandemiya səbəbilə bir çox dünya ölkələrində qapanmalar davam etsə də, ölkəmizdə bəzi sahələrdə karantin qaydaları yumşaldıldı. İri ticarət mərkəzlərinin, məcidlərin və metroların müəyən izolyasiya qaydaları çərçivəsində fəlaiyyəti bərpa edildi. Açıq havada maska taxmaq məcburiyyəti aradan qaldırıldı. Hazırda ölkədə vaksinasiya prosesi də uğurla davam etdirilir.

Mütəxəssislər deyir ki, yumşaldılmalar olsa da insanlar bir sıra izolyasiya qaydalarına yendə də riyaət etməlidir.

Redaktor.az xəbər verir ki, bu haqdaTibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Yoluxucu xəstəliklər üzrə İşçi qrupunun rəhbəri, infeksionist Vasif Əliyev bildirib ki, ölkəmizdə sistemli şəkildə reallaşdırılan bu qaydalar heç də insanların arxayınlaşmasına rəvac verməməlidir:

“Hazırda yoluxma sayında azalma tendensiyası davam edir və sağalan xəstələrin sayı da artır. Nazirlər Kabineti yanında Operativ Qəraragh da bu azalmanı nəzərə alaraq, müəyyən məhdudiyyətləri aradan qaldırdı. Buna da səbəb insanların kütləvi vaksiansiyası və virusun pik dalğalarının geridə qalmasıdır. İnsanlarda həm yoluxub sağalaraq, həm də peyvənd olunaraq immunitet yarandı. Bu da yumşaldılmaların olmasına imkan yaratdı. Lakin yumşaldılmaların olması insanlarda arxayınlıq yaratmamalıdır.

Çünki bu xəstəlik dünyada yox olmadığı müddətdə Azərbaycanda da öz nisbiliyini qoruyacaq. Daha əvvəllər bizdə qapanama olub, yoluxma sayı azalıb, yumşaldılma olub, yenidən yoluxanların sayı artıb. Belə halların təkrarlanmayacağından heç kəs sığortalanmayıb. Buna görə də hər birimiz ehtiyyatlı olmalıyıq və tədbiri əldən verməməliyik. Baxmayraq ki açıq havada maska məhdudiyyəti qaldırılıb. Amma risk hər zaman vardır”.

Qeyd edək ki, ölkədə tətbiq edilən yumşaldılmalar iqtisadi mühitin də yaxşılamşmasına şərait yaradır. Ekspertlər hesab edir ki, hər kəs üçün uyğun olanı iqtisadiyyatın açıq olması və fəaliyyətlərin həyata keçirliməsidir. 2020-ci ildə müəyyən sahibkarlıq subyektləri istiqamətində həyata keçirilən dövlət proqramları yaranan zərərlərin az hissəsini kompensasiya edib. Buna görə də qurumlar işini hazırki normal sanitar epidemioloji qaydalara uyğun olaraq təşkil etməlidir ki, yoluxma sayında yenidən artım olmasın. //Baku.ws