Biləsuvarda uşaqlarla bağlı tədbir keçirilib - FOTO

 18:46 01.06.2021     205

Biləsuvar rayonunda 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü münasibətilə bayram tədbiri keçirilib.

Redaktor.az-ın məlumatına görə, tədbir Rayon İcra Hakimiyyətinin və Biləsuvar Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə açıq havada baş tutub.

Keçirilən tədbirdə rayon Uşaq İncəsənət məktəblərinin şagirdlərinin ifasında 20 dən çox xalq mahnıları və rəqslər təqdim olunub.

Tədbirin bədii hissəsində rayonda fəaliyyət göstərən uşaq musiqi məktəblərinin, rəqs kollektivləri, vakal qrupları, eləcə də uşaq bağçalarının fidanlarının çıxışları olub.

Sonra uşaq ədəbiyyatından ibarət kitab sərgisinə və istedadlı uşaqların hazırladıqları əl işlərinə - dekorativ, tikmə, toxuma, rəsm əsərlərinin sərgisinə baxış olub. //Report 

22222