Gürcüstana getmək üçün hansı qaydalara riayət edilməlidir? - VİDEO

 21:28 01.06.2021     474

Bu gündən etibarən Gürcüstan Azərbaycan üçün quru sərhədlərini açıb. 

Redaktor.az bildirir ki, ölkəyə daxil olmaq üçün son 72 saat ərzində koronovirus testi vermək lazımdır. Qeyd etmək lazımdır ki, vaksin olunan şəxslər də bu testi verməlidir. 

Gürcüstan sərhədlərində 72 saatdan çox qalan şəxslər isə, bu testi yenidən verməlidir. Əks təqdirdə 2000 lari, yəni 1043 manat məbləğində cərimələnə bilərlər. 

Gürcüstana daxil olan Gürcüstan vətəndaşları isə bu testi vermədən, 8 gün ərzində özünü təcrid şəraitində yaşamalı, daha sonra küçəyə çıxmalıdır. 

Daha ətraflı "Baku TV"nin süjetində: