Vilayət Eyvazovdan TƏYİNAT

 22:00 01.06.2021     1214

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub. 

Redaktor.az-ın məlumatına görə, bu barədə Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Gəncə şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin baş müstəntiqi, polis baş leytenantı Elxan Əsədov vəzifəsindən azad edilib. 

Nazirin digər əmri ilə o, Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə rəis təyin edilib. 

Vumart və Güvən reklamı Vumart Güvən