Bakıda ağacları kəsən şəxs cəzalandırılıb

 12:29 02.06.2021     264

Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb və fakt təsdiqini tapıb.

Redaktor.az-ın məlumatına görə, Xidmətin rəsmisi Bəhruz Məhəmmədov bildirib ki, araşdırma zamanı qəsəbə ərazisində Gülçiçək Mirzəyevanın istifadəsinə verilmiş torpaq sahəsində tikinti işləri zamanı 2 qovaq ağacının kəsildiyi və təbiətə 2 580 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

O qeyd edib ki, dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər Suraxanı Rayon Prokurorluğuna göndərilib. //Report