Azərbaycan quru yolla sərhədi açmayıb - RƏSMİ

Azərbaycan Gürcüstanla quru yol sərhədini hələ açmayıb.
Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Dəmir Yolları QSC-nin Sərnişin nəqliyyatı departament rəhbəri Elyar Muradov bildirib.
"Azərbaycan tərəfi olaraq biz quru sərhəddinin nə zaman açılacağını bilmirik. Bu barədə məsələ Nazirlər Kabineti yanında Operativ Qərargahın verdiyi qərardan sonra məlum olacaq" - deyə E.Muradov qeyd edib.
Gürcüstan iyun ayının 1-dən Azərbaycanla quru sərhədlərini açıb. //Anews.az