SON DƏQİQƏ: Ramiz Əzizbəylinin vəziyyəti ağırlaşıb

 10:16 03.06.2021     486

Azərbaycanın Xalq artisti, kino rejissor Ramiz Əzizbəyli infakt keçirib.

Redaktor.az xəbər verir ki, bu barədə sənətçinin ailəsindən məlumat verilib.

Xalq artisti hazırda xəstəxanada müalicə olunur: “Ramiz Əzizbəyli artıq iki həftədən çoxdur ki, koronavirusa yoluxub və müalicə alır. Bir neçə gün əvvəl infakt keçirdiyi üçün xəstəxananın reanimasiya şöbəsinə köçürülüb. Vəziyyəti stabil-ağırıdır”.

Qeyd edək ki, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib. //Report