Saytlara hansı şərtlərlə pul veriləcək? - "Tələblər çox sadədir və..."

Medianın İnkişafı Agentliyi onlayn mediaya dəstək layihəsini elan edib.
Redaktor.az-ın məlumatına görə, müsabiqədə ictimai-siyasi məzmunlu xəbərlər dərc edən onlayn media subyektləri, idman xəbərləri dərc edən onlayn media subyektləri (veb-saytlar) iştirak edə bilərlər. Bununla yanaşı maliyyə vəsaitinin ayrılması üçün saytların qarşısına agentlik tərəfindən müəyyən tələb və şərtlər də qoyulub.
“Qaynarinfo.az” portalının baş redaktoru Zahir Əzəmət bildirib edir ki, ilkin olaraq qoyulan tələblər normaldır:
“Çünki maliyyə dəstəyi üçün ən minimum tələblər qoyulub və bu tələblərə cavab verə bilməyən xəbər saytının fəaliyyəti texniki olaraq mümkün deyil. Əmək haqqının 600 manat olması tələbi hansısa xəbər saytına maliyyə ayrıldıqdan sonrakı mərhələyə aiddir. Amma ilkin mərhələdə minimum əmək haqqı verə bilməyən sayt onsuz da uzun müddət fəaliyyət göstərə bilməz”.
Onun sözlərinə görə, elan olunan dəstək layihəsində müəyyən məqamlar var ki, onlara yenidən baxılmalıdır:
“Qeyd olunur ki, saytın üzərində qüvvəyə minmiş məhkəmə qərarı varsa, müsabiqəyə qatıla bilməz. Bu müəyyən haqlı sullar yaradır? Tutaq ki, hansısa xəbər saytına nə vaxtsa məhkəmə qərarı ilə 100 manatlıq xırda bir cərimə gəlib. Bu o demək deyil ki, həmin sayt müsabiqəyə qatıla bilməyəcək. Bu məqam ciddi suallar yaradır”. //APress.az-a