ÜST-ün regional direktoru Azərbaycana gələcək

 15:34 03.06.2021     453

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Klüge Azərbaycana səfər edəcək.

Redaktor.az-ın xəbərinə görə, bunu təşkilatın Azərbaycandakı nümayəndəliyinin rəhbəri Hande Harmancı xarici işlər naziri Ceyhun Bayramovla görüşdə deyib.

O, ÜST-ün regional direktorunun yaxın zamanlarda bölgəyə səfərinin nəzərdə tutulduğu barədə məlumat verib. //Baku.ws