Qeyri-qanuni heyvan kəsimi yerləri aşkarlanıb - FOTO

 11:34 04.06.2021     262

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları antisanitar şəraitdə küçə və yol kənarlarında, həmçinin kəsim üçün nəzərdə tutulmayan yerlərdə qeyri-qanuni heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə Daxili İşlər Nazirliyinin və Ağcabədi Rayon İcra Hakimiyyətinin əməkdaşları ilə birgə reydlər keçirib.

AQTA-dan Redaktor.az-a verilən məlumata görə, reyd zamanı Ağcabədi şəhərində sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan qeyri-qanuni heyvan kəsimi və ət satışının həyata keçirildiyi yerlər aşkar edilib.

Belə ki, baytarlıq nəzarəti həyata keçirilmədən ət məhsullarının satışa çıxarıldığı məlum olub.

Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb, qanunsuz heyvan kəsimi ilə məşğul olan şəxslərə öz fəaliyyətlərini qanunvericiliyin tələblərinə uyğun qurmaları və heyvan kəsimini mərkəzləşdirilmiş, müasir kəsim məntəqələrində həyata keçirmələri ilə bağlı icrası məcburi göstərişlər verilib.

22