Minaya düşən jurnalistin partlayışdan öncəki görünütləri - Bir neçə dəqiqə və... / VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycan Televiziyasının (AzTV operatoru, 1989-cu il təvəllüdlü Sirac Abışov və AZƏRTAC-ın əməkdaşı, 1982-ci il təvəllüdlü Məhərrəm İbrahimov (Əlioğlu) Kəlbəcər rayonunda xidməti vəzifələrini yerinə yetirərkən minaya düşərək həlak olublar.
Redaktor.az xəbər verir ki, mina partlayışı zamanı Kəlbəcər Rayon İcra Hakimiyyəti başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev də həlak olub, digər 4 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
Partlayışdan öncə AZƏRTAC-ın əməkdaşı Məhərrəm İbrahimovun son görüntülərini təqdim edir.