Jurnalistlər Ağdam Çörək Muzeyinin qalıqları ilə tanış olublar - FOTO

 15:35 04.06.2021     127

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən Ağdam şəhərinə təşkil olunmuş media-tur çərçivəsində jurnalistlər Ağdam Çörək Muzeyinin binasına baxış keçiriblər.

Redaktor.az xəbər verir ki, Ağdam Çörək Muzeyi də digər mədəni, tarixi-dini abidələrimiz kimi erməni işğalçılarının vandallığına məruz qalıb. İşğalçılar muzeyi dağıdıb, eksponatlarını oğurlayıb və ya məhv edib, muzey binasının yalnız bəzi divarları qalıb.

Qeyd edək ki, media-turun məqsədi mədəni irsin vəziyyəti ilə tanış olmaqdır.

Səfərdə media nümayəndələri ilə yanaşı, Əqli Mülkiyyət Agentliyi, Azərbaycan Turizm Agentliyi, Bakı Beynəlxalq Multikultralizm Mərkəzi və digər dövlət qurumlarının əməkdaşları, arxeoloqlar iştirak edir. //APA

undefined