Bu şəxslərə "COVID-19 pasportu" verilməyəcək - RƏSMİ

 15:44 04.06.2021     288

"Koronavirusa yoluxan və rəsmi qeydiyyata düşməyən şəxslər antitel testinin nəticəsi ilə "COVID-19 pasportu" ala bilməzlər".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin nümayəndəsi Günay Quluzadə deyib.

"COVID-19 pasportu" yalnız son 6 ayda virusa yoluxmuş və PCR testi ilə təsdiqlənmiş, "COVID-19 sertifikatı" isə peyvənd vurduran şəxslərə verilir”, - G.Quluzadə bildirib.