Hikmət Hacıyevdən media qurumlarına çağırış

 20:24 04.06.2021     319

Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev beynəlxalq institutları Kəlbəcərdə üç mülki şəxsin ölümü ilə nəticələnən mina partlayışını pisləməyə çağırıb.

Redaktor.az-ın xəbərinə görə, bu barədə Hikmət Hacıyev "Twitter"də bildirib.

"AzTV və AZƏRTAC-ın jurnalistləri Kəlbəcərdən qoşunlarını çıxararkən Ermənistan tərəfindən məqsədli şəkildə yerləşdirilmiş minanın qurbanı olub. Beynəlxalq institutları bu hadisəni pisləməyə və həmrəylik göstərməyə çağırırıq.

Sirac Abışov və Məhərrəm İbrahimov, ruhunuz şad olun. Allah rəhmət eləsin!" - deyə Hikmət Hacıyev qeyd edib.

Xatırladaq ki, iyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsi tank əleyhinə minaya düşüb. Nəticədə AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov, AzTV-nin operatoru Sirac Abışov və Kəlbəcər RİH başçısının Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyev həlak olub, 4 nəfər yaralanıb.

Vumart və Güvən reklamı Vumart Güvən