Sirac Abışovun nəşi yaşadığı evə gətirilib - VİDEO

Kəlbəcərdə mina partlaması nəticəsində şəhid olan AzTV-nin operatoru Sirac Abışovun nəşi yaşadığı Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsinə gətirilib.
Redaktor.az xəbər verir ki, onun nəşi yaşadığı Kərim Kərimov küçəsi hərbi şəhərciyə aparılıb.
Mərhumun cənazəsini yaxınları və qonşularından ibarət böyük izdiham qarşılayıb.
Bildirilir ki, şəhid jurnalist sabah Sumqayıt Şəhidlər Xiyabanında dəfn ediləcək. //APA