Şəhid jurnalistlə vida mərasimi keçirilir - FOTO

 10:33 05.06.2021     392

Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) əməkdaşı Məhərrəm İbrahimovla vida mərasimi keçirilir.

Redaktor.az xəbər verir ki, Məhərrəm İbrahimovun yaşadığı evdə, Bakının M.Ə.Rəsulzadə qəsəbəsində keçirilən vida mərasimində yaxınları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edir.

Qeyd edək ki, mərhum jurnalistin nəşi bu gün səhər saatlarında yaşadığı evə gətirilib.

Şəhid jurnalist Müşfiqabad qəsəbəsində ata və anasının dəfn olduğu qəbiristanlıqda dəfn ediləcək. //APA

222