Ombudsman şəhid olan jurnalistlərin ailələrini ziyarət edib - FOTO

Ombudsman Səbinə Əliyeva Kəlbəcərdə mina partlaması nəticəsində həlak olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) əməkdaşı Məhərrəm İbrahimovun və Azərbaycan Dövlət Televiziyasının operatoru Sirac Abışovun ailələrini ziyarət edib.
Bu barədə Redaktor.az-a Ombudsman Aparatından bildirilib.
S.Əliyeva həlak olanların ailələrinə başsağlığı verib və səbir diləyib.

