​Vilayət Eyvazov bu rayona DYP rəisi təyin edib

 13:59 07.06.2021     284

Astara Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi (DYP) bölməsinə yeni rəis təyin olunub.

Redaktor.az xəbər verir ki, "Unikal.org" saytının əldə etdiyi məlumata görə, bununla bağlı Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, polis kapitanı Ruslan Rəhimov Astara DYP-nin rəisi vəzifəsinə təyinat alıb.

Qeyd edək ki, o, bu təyinatadək Qəbələ DYP-də rəis müavini vəzifəsində çalışıb.

Vumart və Güvən reklamı Vumart Güvən