Fermerlər mal-qarasını Kəlbəcərdəki yaylağa aparır - VİDEO

 18:39 07.06.2021     307

Sosial şəbəkələrdə xırda və iribuynuzlu heyvanların işğaldan azad edilmiş Kəlbəcər rayonuna yaylağa aparılması ilə bağlı görüntülər yayılıb.

Redaktor.az xəbər verir ki, videogörüntülər müzakirələrə səbəb olub.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis kapitanı Anar Qafarov bildirib ki, qeyd edilən görüntülərdə yaylağa aparılan mal-qaranın bir qismi dövlətin balansındadır:

“Heyvanların bir hissəsi isə Kəlbəcər rayonundan olan fermerlərə məxsusdur. Həmin şəxslərin sürünü yaylağa aparmaq barədə müvafiq dövlət qurumundan icazələri olduğundan mal-qara, eləcə də, sürünün yanındakı şəxslərin polis və Daxili Qoşunların hərbi qulluqçularının müşayiəti ilə təhlükəsizlik tədbirləri görülməklə qeyd edilən yaylağa aparılması təmin edilib”. //Oxu.az

Vumart və Güvən reklamı Vumart Güvən