Doktoranturaya qəbulla bağlı qərarda dəyişiklik - RƏSMİ

 21:09 07.06.2021     177

2021-ci il 23 fevral tarixli 265-VIQD nömrəli Qanunla “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanuna edilmiş dəyişikliyə əsasən təhsili davam etdirmək üçün doktoranturaya qəbul üzrə ilk imtahandan müvəffəqiyyətlə keçən çağırışçılara 3 ay müddətinə möhlət hüququ verilir.

Redaktor.az xəbər verir ki, Nazirlər Kabinetinin Qərarına əsasən, dəyişikliklər aşağıdakılardan ibarətdir:

- Doktoranturaya illik qəbul və dissertantların təhkimolunma planları ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olunur, Azərbaycan Milli Elmlər Akademiyasının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin rəyləri əsasında hər il aprelin 1-dək təsdiq edilməlidir.

- Doktoranturaya qəbul hər ilin iyun (xarici dil imtahanı) və sentyabr (fəlsəfə və ixtisas fənnindən imtahanlar) ayları ərzində keçirilməlidir.