Bakıda qadın əri tərəfindən qətlə yetirildi

 22:28 07.06.2021     427

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Redaktor.az xəbər verir ki, hadisə ötən gün Zabrat qəsəbəsində qeydə alınıb.Belə ki, 42 yaşlı Svetlana Məmmədova həyat yoldaşı ilə mübahisə edib.

Mübahisə zamanı qadın boğazından bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, o bu gün 3 saylı şəhər xəstəxanasında ölüb. //APA

Vumart və Güvən reklamı Vumart Güvən