COVID-19 pasportu niyə məcburidir? - EKSPERT İZAH EDİR

COVID-19-a qarşı vaksin olunmaq məcburi deyil, amma müəyyən məkanlarda insanlardan COVID-19 pasportu tələb ediləcək. Bu o deməkdir ki, vaksinasiya olunmayan insan həmin məkanlara daxil ola bilməz.
Əgər vaksinasiya məcburi deyilsə, COVID-19 pasportunun tələb edilməsi nə dərəcədə doğrudur?
Tbbi ekspert, professor Adil Qeybulla Redaktor.az-a bildirib ki, vaksinasiya məcburi deyil, amma əhalinin təhlükəsizliyini qorumaq üçün tədbirlər görülməlidir:
"Vaksinasiya olunmaq hər şey demək deyil, çünki vaksin olunanların hamısında immunitet yaranmır. İmmunitetin yaranmağını öyrənmək üçün "Anticov" testi verilməlidir. Əgər həmin adamda bu immun sistem yaranıbsa, o, digərləri üçün təhlükəsiz sayılır".
A.Qeybullanın sözlərinə görə, insanlar başa düşməlidirlər ki, vaksinasiya onların və ətrafdakıların həyatı üçün lazımdır:
“Ümumdünya Səhiyyə Təşkilatı, digər beynəlxalq təşkilatlar, 100 minlərlə insan bunu edirsə, nəyə görə biz etməyək?!”.
Aysel Hacıyeva / Redaktor.az