Azərbaycanda kişi azyaşlı qızına belə işgəncə verdi - VİDEO

 15:29 08.06.2021     519

“Azərbaycanda doqquz yaşlı qız atasından şiddət görür”.

Redaktor.az bildirir ki, bu barədə “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə məlumat verib.

O bildirib ki, Rauf Vəliyev adlı şəxs doqquz yaşlı M.M-nı işgəncə verərək döyüb. 

“Həmin şəxs “WhatsApp” vasitəsi ilə keçmiş həyat yoldaşına zəng edir və qızına işgəncə verir.

Cütlük 10 il qeyri-rəsmi şəkildə birlikdə yaşayıblar. Artıq ayrılıblar və qadın Rusiyanın Moskva şəhərində yaşayır. Qadının Raufdan ayrılma səbəbi işgəncə görməsidir”, - deyə K.Ağazadə əlavə edir. //Oxu.az