Xankəndidə güclü yanğın - 2 ev yanıb

 01:30 09.06.2021     93

Xankəndidə güclü yanğın baş verib.

Redaktor.az xəbər verir ki, bu barədə erməni mətbuatı məlumat yayıb.

Məlumata görə, şəhərin Armenavan rayonunda iki ev yanıb.

Hadisə yerinə xilasetmə briqadaları yollanıb. Məlum olub ki, evdə naməlum səbəbdən baş verən yanğın digər evə də keçib. Evlərdən biri tamamilə, digəri isə qismən yanıb.

Xəsarət alan yoxdur. Faktla bağlı araşdırma aparılır. //Axar.az