Qaradağın polis rəisi vəzifəsindən azad edilib

Qaradağ Rayon Polis İdarəsinin rəisi öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib.
Redaktor.az-ın məlumatına görə, bu barədə daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Polis polkovniki İsfəndiyar Möhbalıyev öz xahişi ilə daxili işlər orqanlarından xaric edilib. İdarə rəisinin yerinə yeni təyinat olmayıb.
Faktı Daxili İşlər Nazirliyinin Mətbuat xidməti təsdiqləyib. //Trend.az