Köhnə qaz xəttləri yenilənir - FOTO

 14:57 09.06.2021     117

“Azəriqaz” İstehsalat Birliyi tərəfindən uzun illər istifadədə olan, istismar müddətini başa vurmuş qaz xətlərinin yenilənməsi işləri davam etdirilir.

İstehsalat Birliyindən Redaktor.az-a verilən məlumata görə, Şəki şəhərində 47 il öncə polad boru ilə çəkilən və korroziyaya uğramış yeraltı qaz xətti Birliyin Təmir-Tikinti idarəsi tərəfindən yeni polietilen boru ilə əvəzlənir.

Şəhərin M.Ə.Rəsulzadə prospekti istiqamətində 6 km uzunluğunda müxtəlif diametrli polietilen boru ilə çəkilən yeni qaz xətti hazır olduqdan sonra 5 min abonentin qaz təchizatı yaxşılaşdırılacaq. İşin həcmi böyük olduğundan əraziyə çox sayda maşın-mexanizmlər cəlb edilib.

Qeyd edək ki, respublikanın yaşayış məntəqələrində istehlakçıların qaz təchizatının yaxşılaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidənqurulması istiqamətində genişmiqyaslı işlər bundan sonra da davam etdiriləcək.

2