Sabahdan Azərbaycanda bu qadağalar ləğv olunur - SİYAHI

 16:16 09.06.2021     188

İyunun 10-u saat 00.00-dan etibarən Azərbaycanda koronavirus pandemiyasına görə tətbiq olunan bəzi qadağalar ləğv olunacaq.

Redaktor.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah mayın 26-da qərar qəbul edib.

Ləğv olunacaq qadağaları təqdim edirik:

* Süni ibadət yerlərinin fəaliyyəti bərpa olunur (nəzərdə tutulan yerlərin 50 faizindən (ümumi olaraq 50 nəfərdən) çox olmamaqla)

* İri ticarət mərkəzləri, "Mall"lar açılır (nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların fəaliyyəti istisna olmaqla)

* İdman zalları və sağlamlıq-bərpa obyektləri fəaliyyətə başlayır (yaşı 18-dən aşağı olan şəxslərdən başqa, idman və sağlamlıq-bərpa obyektlərindən yalnız COVID-19 pasportu (COVID-19-a qarşı peyvənd sertifikatına malik olan) və ya COVID-19-a qarşı immunitet sertifikatı (COVID-19-dan sağalaraq immunitetə malik olan) olan şəxslər istifadə edə bilər)

- Çimərliklərin fəaliyyəti bərpa edilir (ötənilki qaydalarla tənzimlənəcək)